Metroda alış-veriş bərpa olunmayacaq

Metroda alış-veriş bərpa olunmayacaq
  03 İyun 2014    Oxunub:938
“Metro keçidlərində ticarət köşklərinin yenidən bərpa ediləcəyi haqda xəbərlər yalandır”.
Bu barədə AzVision.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, metro keçidlərində ticarət obyektləri bərpa olunmayacaq.

Qeyd edək ki, “Koroğlu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Sahil” və digər stansiyalarda ümumilikdə 1194 ticarət obyekti sökülüb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti