Əsgər əsgəri güllələdi

Əsgər əsgəri güllələdi
  03 İyun 2014    Oxunub:932
Azərbaycan Ordusunun əsgəri öz hərbçi yoldaşını güllələyib.
Hadisə Müdafiə Nazirliyinin Ağdamda yerləşən "N" saylı hərbi hissəsində baş verib.

Lerik rayonundan hərbi xidmətə çağırılan 18 yaşlı əsgər Zöhrab Məmmədov hərbçi yoldaşı tərəfindən gülllələnib.

Yaralanan əsgərin qohumlarının sözlərinə görə, Z. Məmmədov hospitala yerləşdirilib və vəziyyəti ağırdır.

Onlar bildiriblər ki, hadisə əsgərin silahdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməməsi və etiyatsızlıq nəticəsində qeydə alınıb.(Ans)


Teqlər:





Xəbər lenti