İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü

   İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü
  09 İyul 2023    Oxunub:1248
ABŞ hərbçiləri Suriyaya endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı məlumatda deyilir.

"Mərkəzi Komandanlıq İŞİD-in Suriyanın şərqindəki lideri Usamə əl-Muhaciri endirilən zərbə nəticəsində öldürüb. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur”, -deyə məlumatda qeyd edilib.

Məlumata görə, zərbə “MQ-9” pilotsuz uçuş aparatı ilə həyata keçirilib.

AzVision.az


Teqlər: İŞİD  





Xəbər lenti