Numan Kurtulmuş Azərbaycana gəlir

   Numan Kurtulmuş Azərbaycana gəlir
  09 İyul 2023    Oxunub:1058
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana gələcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

O, iyulun 11-də Şimali Kipr Türk Cümhuriyyətinə, iyulun 12-də isə Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Numan Kurtulmuş Prezident İlham Əliyevlə və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti