Özbəkistanda seçkidən sonra ziyafətdə Azərbaycan mahnısı oxundu - VİDEO

   Özbəkistanda seçkidən sonra ziyafətdə Azərbaycan mahnısı oxundu -    VİDEO
  10 İyul 2023    Oxunub:1527
Özbəkistanda seçkinin uğurla başa çatmasına həsr olunmuş ziyafətdə Azərbaycan mahnısı oxunub.
AzVision.az bununla bağlı görüntünü təqdim edir :



Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Səsvermə Bakı vaxtı ilə saat 20:00-dək davam edib. Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik Partiyasından namizəd Uluğbek İnoyatov, Ekologiya Partiyasından namizəd Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya Partiyasından namizədi Roba Mahmudova mübarizə aparıblar.

Qeyd edək ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Bundan əlavə, yeni düzəlişlərə əsasən Özbəkistan sosial dövlət elan olunur və ölkədə ölüm hökmü ləğv edilir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti