NATO ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır

   NATO ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
  10 İyul 2023    Oxunub:1043
NATO ölkələrinin kiçik bir qrupu Vilnüsdə keçiriləcək sammitə qədər Ukraynaya üçün təhlükəsizlik zəmanəti hazırlamaq məqsədilə danışıqlar aparır.
Bu barədə Avropanın “Politico” qəzeti məlumat yayıb. Qəzet yazır ki, bir neçə həftədir ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir, həmçinin hərbi blokdakı digər müttəfiqlərə, Avropa İttifaqına və G7-yə müraciət edirlər.

“Politico”nun NATO-dakı mənbəsinin sözlərinə görə, hər bir maraqlı ölkə Ukrayna ilə ikitərəfli əsasda ölkə qarşısındakı öhdəliklərini müəyyən etməli olacaq ki, bu da fərqli ola bilər.

Onun sözlərinə görə, Kiyevə zəmanət veriləcək ki, bu ölkələr hələ uzun müddətə Ukraynaya silah tədarük edəcək, ordusunu maliyyələşdirəcək, əsgərlərinə məsləhətlər verəcək və təlim keçəcəklər ki, onlar gələcək təcavüzə qarşı çəkindirici qüvvəyə malik olsunlar.


AzVision.az


Teqlər:





Xəbər lenti