Ərdoğan NATO sammiti üçün Litvaya gedir
Sammitdə Ukraynadakı müharibə, eləcə də NATO coğrafiyasına qarşı çağırışlar barədə strateji səviyyədə fikir mübadiləsi aparılacaq. Eyni zamanda Alyansın müdafiə strukturunun gücləndirilməsi və NATO tərəfindən müəyyən edilən əsas təhdidlər, ilk növbədə, bütün forma və təzahürlərdə terrorizm qarşısında çəkindirmə planları müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu münasibətlə sammitdə iştirak edən həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Aytən Zəhra
AzVision.az
Teqlər: Ərdoğan