"Müharibənin bitməsi Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdıracaq" - Ərdoğan

   "Müharibənin bitməsi Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdıracaq" -    Ərdoğan
  10 İyul 2023    Oxunub:1034
Müharibəni ədalətli və davamlı sülhlə tezliklə başa çatdırmaq Ukraynanın NATO-ya üzvlük prosesini asanlaşdıracaq.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlaması zamanı deyib.

"Sabah başlayacaq NATO-nun Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün tezliklə Vilnüsə gedəcəyik. Biz sammitimizi Ukraynadakı müharibənin qlobal sabitliyə və təhlükəsizliyə mənfi təsirini artırdığı bir vaxtda keçiririk. Bu kritik zamanda NATO coğrafiyasının müdafiəsi və təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparmaq üçün mühüm qərarlar qəbul edəcəyik".

Ərdoğan qeyd edib ki, Alyansın çəkindirmə və müdafiə strukturunu gücləndirmək və başda Ukrayna olmaqla, tərəfdaşları dəstəkləmək üçün Madrid Sammitində qəbul edilən qərarları nəzərdən keçiriləcək.
"Bu münasibətlə biz NATO Ukrayna Şurasının ilk iclasını təşkil edəcəyik. İnanırıq ki, müharibəni ədalətli və davamlı sülhlə tezliklə başa çatdırmaq Ukraynanın NATO-ya üzvlük prosesini asanlaşdıracaq".

AzVision.az


Teqlər:





Xəbər lenti