Ərdoğan: “Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”

      Ərdoğan:    “Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”
  10 İyul 2023    Oxunub:1070
“Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Bu axşam İsveçin prezidenti və baş naziri ilə görüşüm olacaq. Biz verilən vədlərin yerinə yetirilməsini istəyirik. 50 ildən artıqdır ki, Ai-nin qapısında gözləyən Türkiyə var. Türkiyəni intizarda saxlayan bu ölkələrə səslənirəm. Türkiyənin Ai-də yolunu təmizləyin. Finlandiyaya yol açdığımız kimi İsveçin də yolunu açaq. Biz Türkiyəyik. Bunları sammit marjasında keçirəcəyim görüşlərdə ifadə edəcəyəm".

Qeyd edək ki, sammit sabah, iyulun 11-də başlayacaq və 2 gün davam edəcək.

Toplantıda müzakirə ediləcək əsas mövzular Ukraynadakı müharibə və İsveçin Alyansa üzvlüyü olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti