Kreml Putinin "Vaqner" rəhbəri ilə görüşdüyünü təsdiqləyib

   Kreml Putinin "Vaqner" rəhbəri ilə görüşdüyünü təsdiqləyib
  10 İyul 2023    Oxunub:997
İyunun 29-da Rusiya prezidenti Vladimir Putin Kremldə Yevgeni Priqojin və "Vaqner" komandirləri ilə təxminən üç saat danışıb.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Kremlin sözçüsü qeyd edib ki, Putin 35 nəfəri qəbul edib. O əlavə edib ki, Rusiya lideri şirkət komandirlərinin izahatlarını dinləyib və onlara işlə təmin olunmaq, döyüşdə istifadə üçün başqa variantlar təklif edib.

Peskov qeyd edib ki, Putin görüşdə şirkətin cəbhədəki fəaliyyətinə, eləcə də 24 iyun hadisələrinə qiymət verib: “Həmçinin komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim ediblər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğulayıblar”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Putin   Vaqner  





Xəbər lenti