Türkiyə gələn həftə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər

   Türkiyə gələn həftə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilər
  11 İyul 2023    Oxunub:1210
Türkiyə Böyük Millət Məclisi (TBMM, Parlament) gələn həftənin sonuna qədər İsveçin NATO-ya üzvlük iddiasını ratifikasiya edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

İsveçin müraciəti əvvəlcə Parlamentin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilməlidir. Daha sonra TBMM Ümumi Məclisinə gedəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə təsdiqlənərək hökumət qəzeti “Resmi Gazete”də dərc olunduqdan sonra İsveçin NATO-ya üzvlüyünün Ankara tərəfindən təsdiqlənməsi prosesi başa çatacaq.


Teqlər:



Xəbər lenti