Heyranları Özkan Uğurla vidalaşır

   Heyranları Özkan Uğurla vidalaşır
  11 İyul 2023    Oxunub:896
Məşhur türkiyəli müğənni və aktyor Özkan Uğur bu gün dəfn ediləcək.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, vida mərasimindən sonra Taksim məscidində cənazə namazı qılınacaq və müğənni "Karacaahmet" qəbiristanlığındakı son mənzilinə yola salınacaq.

Qeyd edək ki, daha əvvəl 3 dəfə limfa xərçənginə qalib gələn, lakin ötən aylarda yenidən xərçəng diaqnozu qoyulan və Üsküdardakı özəl xəstəxanada müalicə alan sənətçi iyulun 8-də 69 yaşında vəfat edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti