Fereştə Tabaniyan: "İranın Ali məhkəməsi özbaşınalıq edir"

   Fereştə Tabaniyan:    "İranın Ali məhkəməsi özbaşınalıq edir"
  11 İyul 2023    Oxunub:1187
2018-ci ilin noyabr etirazlarının müttəhimi Abbas Dərisin vəkili Fereştə Tabaniyan İranın Ali məhkəməsini qanunları pozmaqda və özbaşınalıqda ittiham edib.
AzVision.az xəbər verir ki, vəkil istintaq və məhkəmənin heç bir mərhələsində Abbas Dərisin güllələnməni etiraf etmədiyini, Məhşəhrdə həlak olan Xüsusi təyinatlı zabitin ailəsinin də bununla razılaşdığın, lakin yenə də bu işdə bir çox qüsurların olduğunu söyləyib.

Tabaniyan bütün bu etirazlara rəğmən, Ali Məhkəmənin Dərisin “edam” hökmünü qüvvədə saxladığını vurqulayaraq, bu hökmü pozmaq üçün yenidən məhkəmə araşdırması tələb etdiyini bildirib.

“Abbas Dərisin qonşusu silahla tutuldu və həmin şəxs silahın Abbasa aid olduğunu söylədi. Məhkəmə başqa bir şəxsin etirafı ilə onun haqqında hökm çıxardı. Məhkəməyə şahid qismində üç nəfər gətirilib. Şahidlərdən heç biri ümumiyyətlə heç nə görməyiblər və kimin atəş açdığını da bilmirlər. Biz Rza Səyyadinin ailəsinin razılığını almışıq. Onlar bizdən qan pulu belə istəmədiklərini bildirdilər. Bizim tələbimiz Abbasın sövdələşmə ittihamından bəraət qazanması və çıxarılan edam hökmü ləğv olunmasıdır”, - vəkil Tabaniyan deyib.

Abbas Dəris 2019-ci ilin noyabrında keçirilən etiraz aksiyaları zamanı qardaşı Möhsün Dərislə birlikdə Mahşəhrdə həbs olunub və müharibə aparmaq, asayişi pozmaq və NOPO kimi tanınan polis qüvvələrinin xüsusi təyinatlılarından biri olan Reza Sayadinin qətlində iştirak etməkdə suçlandırılıb.

Məhşəhr İnqilab məhkəməsi Dəris barədə çıxardığı “edam” hökmünü İranın Ali Məhkəmənin 39-cu şöbəsi təsdiqləyib.
AzVision.az



Teqlər: İran   edamlar  





Xəbər lenti