Qida çatıjmazlığı İranda “insan fəlakəti”nə səbəb olur
“Bu kalori miqdarı Dünya Bankının qaçqın düşərgələrindəki qaçqınlar üçün nəzərdə tutduğu insanların ehtiyac duyduğu minimum gündəlik kaloridir. İranda yetərincə qidalanmayan əhali arasında 14 milyon 500 min uşaq var ki, onların 10 milyonu 12 yaşa qədər uşaqlardır”, - Musəvinik deyib.
Bu göstəricilər əvvəlki statistik rəqəmlərdən qat-qat çoxdur. 2022-ci il noyabr ayında İran mediası Səhiyyə nazirliyinin açqıladığı məlumata əsasən, böyüməkdə olan 800 000 iranlı uşağın qida çatışmazlığından əziyyət çəkilr ki, bu da ölkə uşaqlarının 15%-i deməkdir.
IRNA dövlət agentliyi onda bu kateqoriyadakı iranlı uşaqların “ümumiyyətlə enerji və zülal materialları çatışmazlığı, həmçinin mikroelement çatışmazlığı” ilə üzləşdiklərini yazmışdı.
Uşaqların qeyri-kafi qidalanması ilə yanaşı, ötən illərdə İranda qırmızı ət kimi zülallı məhsulların qiymətinin əhəmiyyətli dərəcədə artması ilə bağlı dərc edilən müxtəlif hesabatlarda bu reallığın əksər yoxsul ailələrin və hətta orta təbəqənin zülal istehlakını azaltmasına səbəb olduğu bildirilir.
AzVision.az