NATO: Belarus və İran Rusiyanın tərəfini tutmağı dayandırmalıdır

   NATO:    Belarus və İran Rusiyanın tərəfini tutmağı dayandırmalıdır
  11 İyul 2023    Oxunub:894
Bütün ölkələr Ukraynadakı müharibə ilə bağlı Rusiyaya hər hansı yardımı dayandırmalıdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitinin yekunlarına dair dərc olunan yekun kommünikedə deyilir.

"Biz bütün ölkələri Rusiyaya yardım göstərməməyə çağırırıq və Rusiya tərəfində fəal iştirak edənlərin hamısını qınayırıq. Belarus, eləcə də İran Rusiyanın tərəfini tutmağı dayandırmalı və beynəlxalq hüquqa hörmət etməlidir”, - sənəddə deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti