İranın kamikadze dronları ilə Kiyevə hücum edilib

İranın kamikadze dronları ilə Kiyevə hücum edilib
  12 İyul 2023    Oxunub:912
Rusiya Silahlı Qüvvələri iyulun 12-nə keçən gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə növbəti hava hücumu həyata keçiriblər.
Gecə saatlarında Kiyevdə hava həyacanı siqnalı çalınıb və sonra da partlayış səsləri eşidilib. Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri paytaxt ərazisində Rusiyanın bütün hədəflərini məhv edib.

“İlkin məlumata görə, Rusiya bu dəfə, yenidən “Şahed” tipli kamikadze dronlarından istifadə edib. Bir həftədən çox fasilədən sonra düşmən ikinci gündür ki, Kiyevdə İranın PUA-larını havaya qaldırıb. Hava hücumu 2 saatdan çox davam edib”, - deyə məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti