İsrailin müdafiə naziri Bakıya gəlir - YENİLƏNİB

 İsrailin müdafiə naziri Bakıya gəlir -  YENİLƏNİB
  12 İyul 2023    Oxunub:1815
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Y.Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

***

İsrailin müdafiə naziri Yoav Qallant bu gün Bakıya rəsmi səfərə gəlir.

İyulun 14-dək davam edəcək səfər çərçivəsində Y.Qallant Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, Sərhəd Qoşunları Komandanı, general Elçin Quliyev və təhlükəsizlik xidmətlərinin digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

“Səfərin məqsədi ölkələr arasında strateji əlaqələri gücləndirmək, siyasi əməkdaşlığı möhkəmləndirmək və iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir. Görüşlər zamanı israilli nazirin həmkarları ilə regional sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir”, - İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti