“Atamın adından istifadə etməsinlər” – Deputat keçiddən danışdı

“Atamın adından istifadə etməsinlər” – Deputat keçiddən danışdı
  03 İyun 2014    Oxunub:1677
Millət vəkili Rövşən Rzayev ötən gün Bakıda uçan keçidin atası mərhum prokuror Şükür Rzayevə məxsus olması haqda fikrilərə aydınlıq gətirib.

O, AzVision.az-a açıqlamasında uçan keçidin onlara məxsus olmadığını bildirib.

“Qətiyyən mənə aidiyyatı yoxdur. Heç kim də atamın adından istifadə etməsin, xahiş edirəm. Bu, mənə çox mənfi təsir edir. Mənim adımdan belə şeylər yazmasınlar, danışmasınlar”.

Qeyd edək ki, Bakının Şıxov qəsəbəsində uçan piyada keçidinin vaxtilə deputat Rövşən Rzayevin atası, mərhum prokuror Şükür Rzayeva məxsus olduğu bildirilir.

Nihadə Eyyubova


Teqlər:  



Xəbər lenti