"NATO sammiti Ukrayna üçün yaxşı nəticələnib, lakin ideal ola bilərdi" - Zelenski

   "NATO sammiti Ukrayna üçün yaxşı nəticələnib, lakin ideal ola bilərdi" -     Zelenski
  12 İyul 2023    Oxunub:851
"NATO sammiti Ukrayna üçün yaxşı nəticələnib, lakin ölkənin Alyansa dəvət olunması ilə bu ideal olardı".
AzVision.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə Vilnüsdə ikitərəfli görüşdən sonra keçirdiyi brifinqdə deyib.

Prezident bildirib ki, o, Stoltenberqlə təhlükəsizlik məsələlərini və Rusiyanın təcavüzünü ətraflı müzakirə edib.

Zelenski qeyd edib ki, bu gün Ukrayna onu NATO-ya yaxınlaşdıran konkret məqamlar görüb.

"Tərəfdaşlara müəyyən şeyləri izah etmək bəzən çox çətindir, çünki biz müharibədəyik..., biz fərqli şəraitdə yaşayırıq. Biz sağ qalmağımız lazım olan şəraitdəyik və tərəfdaşlar bizə yaşamaqda kömək etmək istəyirlər. Və hələ də ehtiyacımız var. Yaşamaq üçün sağ qalmalıyıq", prezident vurğulayıb.

Onun sözlərinə görə, belə şərait Ukraynanı “sürətli proseslərə”, xüsusən də dünyada təhlükəsizlik strukturunda islahatlar aparmağa sövq edir.

"Ukrayna açıq şəkildə başa düşür ki, müharibə davam edərkən o, NATO-ya üzv ola bilməz... Lakin bu gün ilk dəfə olaraq, uyğun şərtlər olduqda Ukraynanın NATO-ya üzv olacağına əminlik səslənirdi. Başa düşürəm ki, ərazilərimizdə təhlükəsizlik olanda bu mümkün olacaq".

Zelenski vurğulayıb ki, Ukraynanın NATO-ya dəvəti texniki siqnaldır, lakin bu, cəmiyyəti motivasiya edən ciddi amilə çevrilə bilər. O, bunu Ukraynanın Aİ-yə namizədliyi anı ilə müqayisə edib. Bu hələ üzvlük olmasa da artıq Ukrayna üçün güclü səfərbərlik və Rusiya üçün siqnaldır.

AzVision.az


Teqlər:





Xəbər lenti