Tutulan müəllimin həbs müddətinə daha 2,5 il əlavə edildi

Tutulan müəllimin həbs müddətinə daha 2,5 il əlavə edildi
  12 İyul 2023    Oxunub:944
İranın Vəkilabad həbsxanasında uzunmüddətli həbs cəzası çəkən müəllim və vətəndaş fəalı Haşim Xastarı Məşhəd İnqilab məhkəməsi daha iki il altı ay həbs cəzasına məhkum edib.
AzVision.az Hrana İnsan haqları xəbər agentliyinə istinadən bildirir ki, bu hökm Xastarın həbsdə olarkən açılmış işlə bağlıdır. Mülki fəalın vəkilinə göndərilən və bu ilin mayında irəli sürülən ittihamlara əsasən, o, “rejim əleyhinə təbliğat” və “rəhbərliyi təhqir etmək”də ittiham olunur.

Müəllimlərin həmkarlar ittifaqı fəallarına qarşı təhlükəsizlik xidmətlərini təzyiqləri bu ilin mart və may aylarında müəllimlərin ümummilli toplantısının keçirilməsindən sonra daha da güclənib. Bir çox etirazçı müəllimlərin işdən çıxarılması və ya təqaüdə göndərilməsi barədə göstərişlər verilib, onlardan bəziləri saxlanılıb, bəziləri isə təyin olunmuş həbs cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

Hrana həmçinin bildirib ki, Haşim Xastara qarşı ittihamlar “həbsxanadan kənarda 30 məktub və altı səs faylı”nın dərci ilə bağlıdır.

Bu müəllim beş il əvvəl “İslam respublikasının qurucusunu, müqəddəs şeyləri, rəhbərliyi təhqir etmək, ictimai fikri çaşdırmaq, xarici media ilə əməkdaşlıq və qanunsuz toplantılarda iştirak” ittihamları ilə həbs olunaraq 16 il həbs, 2 il Nikşəhr şəhərinə sürgün və 2 il ölkədən çıxış qadağası ilə cəzalandırılıb.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti