Dovğadan narkotik çıxdı

Dovğadan narkotik çıxdı
  03 İyun 2014    Oxunub:1121
Qobustan Həbsxanasına "həşiş qətranı" və mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Ceyhun Ağagül oğlu Məmmədova vətəndaş Rizvan Nizami oğlu Ramazanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı zaman plastik smetan qabının içərisindən 1 (ədəd) mobil telefon ekranı və plastik dovğa qabının icərisindən xalis çəkisi 2.03 qram narkotik vasitə - "həşiş qətranı" aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ceyhun Məmmədov Cinayət Məcəlləsinin 29,120.1; 67.1; 179.3.2; 128; 177.2.4 və 185.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən məhkum Orxan Gəncəvi oğlu Kərimovun üzərinə baxış keçirilən zaman onun əynindəki köynəyin cibindən 1 (ədəd) "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Orxan Kərimov Cinayət Məcəlləsinin 120.2.4; 29,120.2.4; 120.2.7 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Faktlar üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti