ABŞ: İran hökuməti tərifə layiq olanları cəzalandırır
“Jurnalistlər Nilufər Hamedi və İlahə Məhəmmədinin həbsi qlobal diqqət və qınaq tələb edən mətbuat azadlığının kobud şəkildə pozulmasıdır. Hətta onlar “İlin Qızıl Qələmi” mükafatınıa laiq görülüblər. Lakin İran rejimi onların mühüm işlərini tərifləmək əvəzinə onları cəzalandırmaq qərarına gəlib. Bu “düşmən hökumətlərlə əməkdaşlıq” ittihamı həqiqəti üzə çıxarmağa cəsarət edən jurnalistləri susdurmaq və qorxutmaq üçün açıq cəhddir. Onların sırf jurnalist vəzifələrinə görə təzyiqə məruz qalması çox dəhşətli və qəddardır”, - Tvitdə deyilirş
Bəyanatda Hamedi və Məhəmmədinin məhkəmə prosesi saxta adlandırılır və bu iki jurnalistin məhkəməsinin “ədalətə istehza” olduğu bildirilir.
Məhsa Əmininin ölümü və dəfni ilə bağlı reportaj hazırlayan bu iki jurnalistə qarşı teokratik rejim “düşmən Amerika hökuməti ilə əməkdaşlıq” və “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamları irəli sürüb.
AzVision.az