Babayan: "Rus sülhməramlıları olmasaydı "Artsax" da olmazdı"
"Lurer"ə açıqlama verən separatçı David Babayan deyib ki, 2020-ci ildə olmuş 44 günlük müharibədən sonra Ermənistan Xankəndidəki separatçıların təhlükəsizliyini təmin edə bilmədi. Bu üç il ərzində Rusiya sülhməramlıları olmasaydı, qondarma "Artsax" ideyası belə yox olacaqdı.
“Əgər kimsə düşünürsə ki, sülhməramlılar Finlandiyadan və ya Skandinaviya ölkələrindən gələcək və Azərbaycan onların dediyi ilə oturub-duracaq, deməli yanılır. Biz ağır duruma düşmüşük", Babayn deyib. O qeyd edib ki, Azərbaycan öz istəyinə çatmaq üçün dəhlizdə nə istəsə edir.
Tural Tağıyev
AzVision.az
Teqlər: