Bayden və Zelenskinin görüşü başlayıb

Bayden və Zelenskinin  görüşü başlayıb
  12 İyul 2023    Oxunub:1047
NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.
AzVision.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Görüşdə iki dövlət başçıları Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya təhvil verilməsi və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə izah edəcək.

Bundan əlavə, Sallivan qeyd edib ki, görüşdə Ukraynaya uzaqmənzilli Amerika raketlərinin tədarükü müzakirə olunacaq. F-16 qırıcılarının tədarükünə gəlincə, Sallivanın qeyd etdiyi kimi, onlar Ukrayna Silahlı Qüvvələrinə bu təyyarələrə malik olan Avropa ölkələri tərəfindən veriləcək.


Teqlər:





Xəbər lenti