QHT sədri akademiki məhkəməyə verdi

   QHT sədri akademiki məhkəməyə verdi
  12 İyul 2023    Oxunub:1138
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ziyətxan Cəfərov məhkəməyə verilib.
AzVision.az -ın Lent.az-a istinadən məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə xüsusi ittiham qaydasında Binəqədi rayon Məhkəməsinə şikayət edilib. Şikayətçi “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri İlham Abbasovdur.

Həmçinin Z. Cəfərov da (əsərlərində Nəbibəyli kimi) həmin QHT-nin idarə heyətinin sədridir.

Məlumata görə, Ziyətxan Cəfərov üç xarici dövlətin akademiki, altı xarici universitetin fəxri professoru və 78 kitab müəllifidir. Həmin kitablar yazıçının Ziyətxan Nəbibəyli imzası ilə çap olunub.


Teqlər:





Xəbər lenti