Özünü ölülüyə vurdu, 6 il arvadından gizləndi
Qadın ərinin ölüm şəhadətnaməsini qeydiyyat şöbəsindən almaq istəyərkən bunu bilib. İddialara görə, “ölümü” qohumlar təşkil edib.
Evliliklərinin üçüncü ayında kişi pankreatitlə xəstəxanaya yerləşdirilib. Qadına ərinin əməliyyat olunduğu, lakin vəziyyətinin normallaşmadığı və bu səbəbdən xəstənin Stavropola köçürüldüyü bildirilib. Bundan sonra o, zənglərə cavab verməyi dayandırıb. Bir gün telefonu tanımadığı şəxs götürüb və kişinin öldüyünü bildirib və bir daha zəng etməməyi xahiş edib.
Məlumata görə, Stepanın ailəsi dəfnin tarixini və yerini bildirməkdən imtina edib və qadın Moskvaya qayıdıb.(lent.az)
Teqlər: