“Sülh müqaviləsi əlçatan olacaq” - Dövlət Departamenti

   “Sülh müqaviləsi əlçatan olacaq” -    Dövlət Departamenti
  13 İyul 2023    Oxunub:907
Azərbaycan və Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib. Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü səbirsizliklə gözləyir:

“Onlar (Azərbaycan və Ermənistan - Qeyd) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilməyən məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilməyən məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq”.

Qeyd edək ki, 27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti