Kiyev təhlükə yaranarsa, nüvə silahı yardımı almasını istəyir

   Kiyev təhlükə yaranarsa,    nüvə silahı yardımı almasını istəyir
  13 İyul 2023    Oxunub:831
Kiyev istəyir ki, G7 ölkələri təhlükə yarandıqda yardım kimi nüvə silahına Ukraynaya ötürsünlər.
TASS xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

“Nüvə silahına sahib olan ölkələr bizə bu cür yardım göstərə bilsələr, bu çox vacib amil olar", - o deyib.

Danilov bunun Ukrayna üçün "tamamilə faydalı" olduğunu qeyd etməklə yanaşı, Qərbin nüvə silahından qorxmasından təəssüfləndiyini bildirib.

O həmçinin qeyd edib ki, Ukraynanın 1994-cü il Budapeşt Memorandumu çərçivəsində nüvə silahı ehtiyatlarından imtina etməsi “Qərbin strateji səhvi” sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə  





Xəbər lenti