Dövlətlərin borcu 92 trilyon dollara yüksəlib
Hesabata görə, ötən il yüksək səviyyəli borcla üzləşən ölkələrin sayı 59-a çatıb. Hesabat müəllifləri bildiriblər ki, qlobal dövlət borcunun təxminən 30 faizi inkişaf etməkdə olan ölkələrin, 70 faizi isə Çin, Hindistan və Braziliyanın payına düşür.
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, dünyada təxminən 3,3 milyard insan maliyyə vəsaitlərinin təhsil və səhiyyədən daha çox borc faizlərinin ödənilməsinə xərclənən ölkələrdə yaşayır. O əlavə edib ki, Afrika ölkələri borc almaq üçün ABŞ-dən dörd dəfə, Avropanın ən zəngin iqtisadiyyatlarından isə 8 dəfə çox pul ödəyir.
Teqlər: