Çin hakerləri Dövlət Departamentinin elektron poçtunu "sındırıblar"
Şirkət konkret olaraq Çin hakimiyyətinin dəstəklədiyi Storm-0558 haker qrupunu ittiham edib.
Bayden administrasiyasının milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ABC televiziyasına müsahibəsində deyib ki, ABŞ federal hökumətinin hesablarının ələ keçirilməsi cəhdlərini çox erkən aşkar edib və hakerlərin sonrakı fəaliyyətlərinin qarşısını ala bilib.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi isə məlumat yayıb ki, hakerlər səlahiyyətli istifadəçilərin kimliyini təqlid etməklə poçtlara daxil ola biliblər. Onlar saxta autentifikasiya nişanlarından istifadə ediblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: