Magistr olmaq istəyənlərə vaxt verildi

Magistr olmaq istəyənlərə vaxt verildi
  03 İyun 2014    Oxunub:1010
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtını uzadıb.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 04 iyun saat 23:59-dək uzadılıb.

2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti