Lavrov: "F-16-nın Kiyevə verilməsini Qərbin nüvə təhlükəsi kimi qiymətləndirəcəyik"

   Lavrov:    "F-16-nın Kiyevə verilməsini Qərbin nüvə təhlükəsi kimi qiymətləndirəcəyik"
  13 İyul 2023    Oxunub:974
F-16 qırıcılarının Ukrayna silahlı qüvvələrinə təhvil verilməsi Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir diqqəti ABŞ və onun NATO müttəfiqlərinin Rusiya ilə birbaşa silahlı toqquşma riski yaratmasına və bunun fəlakətli nəticələrə gətirib çıxaracağına yönəldib.

“Hadisələrin son dərəcə təhlükəli inkişafının bir nümunəsi ABŞ-ın Kiyev rejiminə F-16 qırıcılarını təhvil vermə planlarıdır. Biz nüvə dövlətləri olan ABŞ, İngiltərə və Fransanı məlumatlandırmışıq ki, Rusiya bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətinə göz yuma bilməz. Burada heç bir təminat kömək etməyəcək”, - Lavrov Lenta.ru-ya müsahibəsində deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lavrov  





Xəbər lenti