Anar Məmmədov: “Bu, təkcə mənim deyil...”

Anar Məmmədov: “Bu, təkcə mənim deyil...”
  03 İyun 2014    Oxunub:1114
“Bildiyiniz kimi, bir müddət əvvəl “Garant Media Holding” və nüfuzlu Milli Coğrafiya Cəmiyyəti (National Geography Society) arasında bütün dünyada məşhur National Geogprahic jurnalının Vətənimiz Azərbaycanda, doğma dilimizdə nəşri haqqında saziş imzalandı”.
AzVision.az xəbər verir ki, bu barədə “Garan holdinq”in rəhbəri, iş adamı Anar Məmmədov facebook səhifəsində bildirib.

İş adamı qeyd edib:

“Bu razılaşma sayəsində, artıq hər bir azərbaycanlı oxucu planetimizdə baş verən hadisələr, ekologiya, təbiətlə daha yaxından və ən əsas da öz doğma dilində tanış olacaq.

National Geopgraphic jurnalının Azərbaycanda dərc olunması istiqamətində həyata keçirdiyimiz tədbirlər, bu məqsədlə atılmış xeyriyyə xarakterli addımlar Milli Coğrafiya Cəmiyyətinin diqqətindən yayınmayıb.

Belə ki, mən 2013-cü ildən Milli Coğrafiya Cəmiyyətinin nəzdində fəaliyyət göstərən, məqsədi insanları planetin qayğısına qalmaq üçün ruhlandırmaq naminə xeyriyyə fəaliyyəti ilə fərqlənən təsisçilər arasından 60 üzvün aşkarlanması və müəyyənləşdirilməsindən ibarət olan Beynəlxalq Məsləhətçilər Şurasına üzv seçildim.

Düşünürəm ki, bir azərbaycanlının belə mötəbər qurumda təmsil olunması təkcə mənim deyil, bizlərin hər birimizin uğurudur!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti