Finlandiyadan Rusiya ilə münasibətlərin bərpası üçün şərt

Finlandiyadan Rusiya ilə münasibətlərin bərpası üçün şərt
  13 İyul 2023    Oxunub:806
Finlandiyalı diplomat Yakko İloniemi bildirib ki, Finlandiya Rusiya ilə münasibətləri yalnız siyasi dəyişikliklərdən sonra bərpa edəcək.
O, bu barədə MTV3 telekanalına müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, Finlandiya ilə Rusiya arasında münasibətlər indi pis həddə çatıb və bu, göz qabağındadır.

“Bu, Rusiyanın hərəkətlərinin nəticəsidir, biz buna cəhd etməmişik. Ölkələr arasında yaranmış gərgin vəziyyət Finlandiya iqtisadiyyatına ağır zərbə vuracaq. Rusiya-Finlandiya münasibətlərinin bərpasına heç bir maneə yoxdur, lakin bunun üçün Rusiyada ciddi siyasi dəyişikliklər lazımdır".

Diplomat Finlandiyanın NATO üzvü kimi heç vaxt Şərqi təhdid etmədiyini də qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti