İtaliya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb

İtaliya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb
  13 İyul 2023    Oxunub:859
İtaliya səfiri Cüzeppe Perrone İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Qeyd edilib ki, İtaliya parlamentində bir neçə deputatın Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvini qəbul etməsindən sonra İtaliya səfiri İran XİN-in Qərbi Avropa ölkələri üzrə İdarə rəisi tərəfindən nazirliyə çağırılıb.

Görüşdə İranın etirazı İtaliya səfirinə çatdırılıb.

İtaliya səfiri vəziyyəti ən qısa zamanda ölkəsinə çatdıracağını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti