İran NATO-nun bəzi üzvlərini etirazları dəstəkləməkdə ittiham edir

İran NATO-nun bəzi üzvlərini etirazları dəstəkləməkdə ittiham edir
  14 İyul 2023    Oxunub:949
İranın Belçikadakı səfirliyi Şimali Atlantika alyansına daxil olan bir neçə ölkəni ötən il ölkədə yaşanan ümummilli etirazları fəal şəkildə dəstəkləməkdə təqsirli sayır.
AzVision.az xəbər verir ki, səfirliyin bəyanatında NATO üzvlərinin bəzilərinin təxribatçı terror ünsürləri və təşkilatlara sığınacaq verməklə və onlara yardım göstərməklə İrandakı etirazları dəstəklədiyi bilirilir.

Səfirlik, habelə NATO liderlərinin Litvada keçirilən görüşün yekun bəyanatında bir daha Tehrandan Rusiyaya hərbi dəstək verməkdən, xüsusilə də hərbi PUA-lar göndərməkdən çəkinmək tələbinə də münasibət bildirərək, İranın Ukrayna müharibəsində iştirakını “əsassız iddialar” adlandırıb və bu müharibədə “bitərəf” olduğunu açıqlayıb.

“İran Ukrayna münaqişəsində neytral rolunu qoruyub. Qanuna tabe olan və nüfuzlu regional aktor kimi İran, BMT Nizamnaməsində əks olunmuş məqsəd və prinsiplərə, beynəlxalq hüququn müvafiq prinsiplərinə, o cümlədən bütün ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyini vurğulayır”, - bəyanatda deyilir.

İran Rusiyaya hərbi PUA-lar və digər hərbi texnika göndərdiyini rəsmən təkzib etsə də, Ukrayna, İngiltərə və ABŞ-nin kəşfiyyat və hərbi qurumlarının ortaya qoyduğu sənədlər Tehranın Moskvaya hərbi yardım göstərdiyini dəfələrlə təsdiqləyib.
AzVision.az



Teqlər: NATO   İran  





Xəbər lenti