Tehran İtaliyaya etirazını bildirib
İranın Xarici İşlər nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Məcid Nili Əhmədabadi bununla bağlı İtaliyanın Tehrandakı səfiri Jüzeppe Perroniyə ölkəsinin etirazını çatdırıb.
“İtaliyanın bir neçə nümayəndəsinin Məryəm Rəcəvini qəbul etməsi terrorizmin təbliği və təşviqinin bariz nümunəsidir. İran İtaliya hökumətindən bu ölkənin terrorçuların sığınacağına çevrilməsinin qarşısını almaq üçün əməldə ciddi iradə nümayiş etdirməsini istəyir” , - Əhmədabadi deyib.
Qeyd edək ki, Məryəm Rəcəvi “Twitter” səhifəsində İtaliya parlamentinin Xarici Əlaqələr komitəsinin üzvləri ilə görüşərək “İranın şərtləri və İran üzərində hökmranlıq edən terrorçu diktatura diplomatiyasının məqsədləri” ilə bağlı müzakirələr apardığını yazıb.
AzVision.az