Vitali Balasanyan və oğlu saxlanıldı

   Vitali Balasanyan və oğlu saxlanıldı
  14 İyul 2023    Oxunub:1509
Qarabağdakı separatçı rejimin keçmiş “şura katibi” Vitali Balasanyan Əsgərandakı evində saxlanılıb.
Bu barədə onun vəkili Rafael Martirosyan bildirib. O, “hökumət nümayəndəsinə və ya onun yaxın qohumuna xidməti vəzifələrinin icrası ilə bağlı həyat üçün təhlükəli olmayan zor tətbiq etmə və zor tətbiq etmə hədəsi” ilə ittiham olunur.

Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb. Həbsdən əvvəl erməni generalın mənzilində 40 dəqiqə axtarış aparılıb.

Generalın oğlu 2021-ci ilin iyun ayında arıxanalar almaq üçün 74,5 milyon dram (187 min dollar) dövlət krediti almaqda, lakin şərtləri yerinə yetirməyərək dövlətə ziyan vurmaqda ittiham olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti