“AMAY” Abdulla həbsdə qaldı

“AMAY” Abdulla həbsdə qaldı
  03 İyun 2014    Oxunub:1120
İş adamı Abdulla Abdullayevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətin təmin olunmamasından verilən şikayətə baxılıb.
Bu barədə vəkil Əkbər Bağırov deyib: “Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə şikayətimiz təmin olunmadı və Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlandı”.

Vəkilin sözlərinə görə, iş adamının saxlanma şəraitindən şikayəti yoxdur, səhhəti yaxşıdır.

Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.(mediaforum.az)


Teqlər:





Xəbər lenti