Tehran Afrikada mövqelərini möhkəmləndirməyə çalışır
Rəisinin əvvəlki günlərdə Keniya və Uqandaya səfəri zamanı da İran və bu ölkələrin hökumətləri arasında oxşar sazişlər imzalanıb. Səfər çərçivəsində o, Qərb ölkələrinə xammal ixracından çəkinməyin zəruriliyini qeyd edib.
İbrahim Rəisi Uqandada olarkən, bu ölkədə homoseksuallara qarşı qəbul olunan sərt və repressiv qanunu dəstəklədiyini açıqlayıb.
“Qərb ölkələri ailə təməlinə hücum çəkərək, homoseksualizm kimi çirkin fenomeni təbliğini aparmaqla, ekstremizm və terrorizmi yaymaqla, insan haqlarından alət kimi istifadə etməklə müstəqil ölkələrə təzyiq göstərirlər” , - İran prezidenti deyib.
İranla yaxşı əlaqələri olan bu üç Afrika ölkəsi Tehranı özlərinin əsas ticarət tərəfdaşlarından biri və mühüm investor kimi qiymətləndirirlər. Onlar İranla elm, idman və texnologiya sahələrində də əməkdaşlıq edirlər.
AzVision.az