Aİ ölkələri müdafiədə birliyini itirmək riski daşıyır

   Aİ ölkələri müdafiədə birliyini itirmək riski daşıyır
  14 İyul 2023    Oxunub:1156
Avropa İttifaqı ölkələrinin milli maraqları səbəbindən Avropada müdafiədə parçalanma artır - assosiasiya üzvləri təşkilatın təhlükəsizliyinə zərər vurmaqla öz silahlı qüvvələrini yaratmağa çalışırlar.
Bu barədə “Financial Times” qəzeti təyyarə istehsalçısı “Airbus Defence and Space” şirkətinin icraçı direktoru Maykl Şolhorna istinadən xəbər verir. Onun sözlərinə görə, bu, Avropa üçün strateji cəhətdən yanlışdır, çünki ölkələrin lazımi potensialı olmayacaq, vəsait çoxlu sistemlərə ayrılacaq.

O qeyd edib ki, sursat istehsalına başlamaqda müəyyən uğurlara baxmayaraq, Avropada konkret fəaliyyətdən çox, ümumi Avropa müdafiəsi istiqamətində addımlar atmaq istəkləri və siyasi ruhlandırıcı söhbətlər üstünlük təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti