İranda partlayış nəticəsində 4 sərhədçi xəsarət alıb

İranda partlayış nəticəsində 4 sərhədçi xəsarət alıb
  15 İyul 2023    Oxunub:1024
İranın Pakistanla sərhədinə yaxın Sistan-Bəlucistan əyalətinin Mircave şəhəri yaxınlığında minanın partlaması nəticəsində bu ölkənin 4 sərhədçisi yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Fars” agentliyi məlumat yayıb.

“Terror aktının dörd zərərçəkənindən üçünün vəziyyəti sabitdir, dördüncü yaralı isə müalicə üçün Zahedan (əyalətin paytaxtı – red.) xəstəxanasına aparılıb”, - nəşr yazır.

Hazırda heç bir təşkilat hücuma görə məsuliyyəti üzərinə götürməyib.
AzVision.az


Teqlər:





Xəbər lenti