ABŞ vitse-prezidenti planetin əhalisinin sayını azaltmağı təklif edib

ABŞ vitse-prezidenti planetin əhalisinin sayını azaltmağı təklif edib
  15 İyul 2023    Oxunub:1141
ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib.
Mk.ru xəbər verir ki, vitse-prezident “biz əhali sayını azaldacağımız təqdirdə, övladlarımız daha çox təmiz hava alacaqlar”, - deyə siyasətçi iqlim dəyişikliyinə həsr olunan konfransda bildirib. Düzdür, sonradan sözlərinə aydınlıq gətirməli olub. Bildirib ki, “azaltmaq” əvəzinə “çirkləndirilməsi " (pollution) demək istəyib. Düzəldilən variant artıq Ağ Evin saytında yerləşdirilib.

Adətən belə qalmaqallı, gülünc bəyanatlar ABŞ Prezidenti Cozef Baydenin dilindən çıxır. Məsələn, C.Bayden ABŞ ştatlarının sayını səhv deməsi, Ukraynanı İraq adlandırması, hətta insulini ixtiraçısı ilə danışması ilə gündəm olub.
AzVision.az


Teqlər:





Xəbər lenti