Cənubi Koreya prezidenti Ukraynaya gedib

Cənubi Koreya prezidenti Ukraynaya gedib
  15 İyul 2023    Oxunub:1118
Cənubi Koreya prezidenti Yoon Seok Yeol elan edilmədən Ukraynaya gedib.
AzVision.az xəbır verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Cənubi Koreya prezidenti və xanımı NATO sammitində iştirak etmək üçün Avropa turunda olduğu Polşadan Ukraynaya gəlib. Onun prezident Volodimir Zelenski ilə də danışıqlar aparacağı gözlənilir.

Bu, Yoon Seok Yeolun 2022-ci ildə seçildikdən sonra Ukraynaya ilk səfəridir. Cənubi Koreya prezidenti sonuncu dəfə bu ilin mayında G7 sammitinin keçirildiyi Yaponiyanın Xirosima şəhərində Zelenski ilə görüş keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti