Axundi: İranın “iqtisadi gücünü” qırmaq lazımdır - Video

   Axundi: İranın “iqtisadi gücünü” qırmaq lazımdır -    Video
  15 İyul 2023    Oxunub:1547
Xaricdəki müxalif qüvvələr tərəfindən İran iqtisadiyyatının belini qırmağa çağırışlar davam edir.
AzVision.az xəbər verir ki, İsveç parlamentinin İran əsilli üzvü Əlirza Axundi Tehranın iqtisadi gücünün sarsıldılması ilə bağlı öz Tvitter hesabında video-paylaşım edib.

O, digər məsələlərlə yanaşı, SEPAH-ı Avropadakı terror qrupları siyahısına salmaq cəhdini dəstəklədiyiyni, İranda fəaliyyət göstərən xarici şirkətlərin rüsvayçılığını faş etdiyini, Tehranın sanksiyalardan yayınmasının qarşısını almağa və turistlərin İrana daxil olmasını əngəlləməyə çalışdığını vurğulayaraq, bunun son nəticədə hökumətin iqtisadi təməlini sasrsıdacağının bildirib.

“Hazırda İranın ideologiyası və ictimai rəyi və hətta iqtisadi əsasını qorxutmaq qabiliyyəti zəifləyib. Lakin iqtisadiyyatının belini qırmaq, eyni zamanda etirazçılara və qurbanlara iqtisadi dəstək vermək cəhdləri davam etməlidir”, - Axundi deyib.

AzVision.az



Teqlər: Axundi   İran  





Xəbər lenti