Associated Press süni intelektdən istifadə edəcək

Associated Press süni intelektdən istifadə edəcək
  15 İyul 2023    Oxunub:998
Associated Press (AP) xəbər agentliyi dünən süni intellekt texnologiyası şirkəti OpenAI ilə müqavilə imzaladığını açıqladı.
Müqaviləyə əsasən, agentlik xəbərlərdə generativ süni intellektdən istifadəni araşdırmaq üçün xəbər arxivinin bir hissəsini OpenAI-yə lisenziyalaşdırır. Müqavilə media və süni intellekt sənayeləri arasında oxşar əməkdaşlıqlar üçün presedent yarada bilər.

Maliyyə təfərrüatları paylaşılmayan razılaşmaya əsasən, AP OpenAI texnologiyasına və məhsul təcrübəsinə də çıxış əldə edəcək.

AP OpenAI texnologiyasını xəbər əməliyyatlarına necə inteqrasiya edəcəyini açıqlamayıb.

Agentlik hazırda korporativ qazanc hesabatlarını avtomatlaşdırmaq, idman hadisələrini ümumiləşdirmək və canlı yayımlanan tədbirlərdə söhbətləri təhlil etmək üçün süni intellektdən istifadə edir.

AzVision.az


Teqlər:





Xəbər lenti