Avropa Hakimlər İttifaqı Ermənistandakı vəziyyətdən narahatdır

Avropa Hakimlər İttifaqı Ermənistandakı vəziyyətdən narahatdır
  15 İyul 2023    Oxunub:1040
Avropa Hakimlər İttifaqı Ermənistandakı vəziyyətdən narahatdır.
Qurum yaydığı bəyanatında Ermənistan hökumətini hakimlərlə bağlı qəbul edilən nizam-intizam prosesləri ilə bağlı vəziyyəti düzəltməyi tələb edib.

Qeyd edək ki, Ermənistanda tək hakimlər deyil, vəkillərə qarşı da təzyiqlər var. Bir neçə gün əvvəl Ermənistanın dövlət orqanlarında (o cümlədən, məhkəmələrdə, ibtidai istintaq orqanlarında) müdafiədən və ya təmsil olunmaqdan imtina edən vəkillərin etiraz aksiyaları keçirilib. Onlar son aylar polis bölmələrində baş verən zorakılıq hallarına etiraz edirlər.

Hüquq müdafiəçiləri Ermənistanın baş prokurorundan Kentron və Nork-Maraş inzibati rayonlarının baş prokuroru Qaqik Ayrapetyanın intizam məsuliyyətinə cəlb olunmasını tələb ediblər. O, Cinayət-Prosessual Məcəlləsinin 35-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş cinayət işləri üzrə məhkəmə araşdırmalarının qanuniliyinə görə məsuliyyət daşıyaraq, vəkilə qarşı əsassız cinayət təqibi başlayıb və döyülmə hadisəsini qeydə almayıb.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti