İran elektrik enerjisi istehsalında öz hədəflərinə çata bilmir

İran elektrik enerjisi istehsalında öz hədəflərinə çata bilmir
  15 İyul 2023    Oxunub:1569
Bu ilin yazında İranda ümumilikdə 2023-cü il üçün elektrik enerjisi istehsalının aartırılması üzrə qarşıya qoyulan vəzifələr cəmi 5% yerinə yetirilib.

AzVision.az İranın Energetika nazirliyinin yeni statistik göstəricilərinə istinadən bildirir ki, qurumun ümumilikdə 2023-cü il üçün 6114 meqavat gücündə yeni elektrik stansiyalarının işə salınmasını hədəfləməsinə baxmayaraq, ilin birinci rübündə 325 meqavat gücündə yeni elektrik stansiyaları işə salınıb ki, bu da bütün il üçün qarşıya qoyulan vəzifənin cəmi 5% icrası deməkdir.

Nazirliyin statistik məlumatlarının təfərrüatları göstərir ki, yeni işə salınan elektrik stansiyalarının heç biri yüksək məhsuldarlıqlı kombinə edilmiş dövrə tipinə aid deyil.
İran hökuməti həmçinin, bu il 1350 meqavatlıq bərpa olunan günəş və külək elektrik stansiyalarını işə salmağı hədəfləsə də, hələlik bu proqram cəmi 1,5% icra olunub.

İranda ilin 300-dən çox gününün günəşli keçməsinə və ölkədə geniş küləkli ərazilər olmasına baxmayaraq, külək və günəş elektrik stansiyalarının İranın elektrik enerjisi istehsalında payı cəmi 50%-dir.

Elektrik enerjisi istehsalının artımı üzrə planların yerinə yetirilməməsi, yeni elektrik stansiyalarının istifadəyə verilməsinin gecikdirilməsi ötən illərdə ciddi elektrik enerjisi kəsiri yaradıb. Bu il isə elektrik enerjisi kəsiri daha kəskin şəkildə özünü biruzə verir.
AzVision.az


Teqlər: İran   enerji  





Xəbər lenti