İranda 15 yaşlı gəlin özünü öldürüb
“Ərinin övladının qurbanı olan Ğətur rayonundakı Razi kəndinin sakini, 15 yaşlı yeniyetmə Rahilə Rahdar məişət zorakılığı səbəbindən öz həyatına son qoyub. Bu yeniyetmə qız səkkiz ay əvvəl 14 yaşında ərə gedib, onun bacısı isə bir müddət əvvəl intihar edib”, - məlumatda deyilir.
Təxminən bir ay əvvəl “Etimad” qəzeti cəmi beş gün ərzində İranda dörd qadın və qızın “uşaq nikahı və ailə problemləri”nin qurbanı olduğunu yazmışdı. Araşdırmada bu ilin əvvəlindən isə “on qadın və qız”ın bu səbəbdən həyatlarını itirdikləri bildirilirdi.
İranın Statistika mərkəzinin bu ayın əvvəlində dərc olunmuş son hesabatında 2021-ci ilin qışından 2022-ci ilin payız mövsümünün sonuna qədər ölkədə yaşı 15-dən aşağı olan ən azı 27 448 qızın ərə verildiyi qeyd olunur.
AzVision.az