Britaniyanın “siyasətdən bezən” müdafiə naziri vəzifəsini tərk edir:
Uolles siyasətdən bezdiyini və karyerasını bitirmək istədiyini bildirib:
“Növbəti seçkilərdə iştirak etməyəcəyəm (2024-cü ilin sonuna qədər keçirilməlidir - Qeyd). Seçkilər keçirilənə qədər sıravi deputat olaraq qalacağam. 1999-cu ildə Şotlandiya parlamentinə seçiləndə siyasətə qədəm qoydum. 24 il keçib. Yeddi ildən artıqdır ki, yatağımın yanında üç telefon var”.
Nazir bildirib ki, hələ iyunun 16-da qərarı barədə Baş nazir Rişi Sunakı məlumatlandırıb. O, əvvəlcə yayda planları barədə ictimaiyyətə açıqlama vermək niyyətində idi, lakin bu məlumatın hökumətdən sızması səbəbindən elanı təxirə salmaq məcburiyyətində qaldı.
AzVision.az
Teqlər: Britaniya Nazir İstefa